Xəbər Lenti
18-10-2025, 11:04
“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”
18-10-2025, 10:06
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto
17-10-2025, 19:16
Sumqayıt şəhər İcra hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyi Lalə Hacıyeva: “18 oktyabr – qürur və azadlıq günümüzdür!”
15-10-2025, 15:21
Deputat Məşhur Məmmədov: “Şəhid ailələrinin hər biri bizim üçün müqəddəs əmanətdir”
Yassin Benzianın son durumu: “Sabah”la oyunu buraxacaq
“Qarabağ”ın zədələnən futbolçusu Yassin Benzianın durumuna aydınlıq gəlib.
Klubdan İdman.biz-ə verilən məlumata görə, Azərbaycan Premyer Liqasının XX turunda “Kəpəz”lə qarşılaşmada zədələnən 29 yaşlı fransalı yarımmüdafiəçi bu gün də məşqlərdə iştirak edə bilməyəcək.
Benzianın yanvarın 30-da Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sabah”la ilk matçını da buraxacağı dəqiqdir. Buna səbəb onun başından aldığı zədə səbəbindən gözünə tikiş qoyulması və şişkinliyin olmasıdır.
Müalicəsini ev şəraitində davam etdirən oyunçunun ümumi vəziyyəti isə normaldır və tezliklə məşqlərə qoşulacağı bildirilir.
Qeyd edək ki, “Kəpəz”lə qarşılaşmada zədələnən Benzia oyunu yarımçıq tərk edib. Başından zədələnən futbolçuya həkimlər tərəfindən tikiş qoyublar.