İş adamı Sahil İmanov: 2026–2030-cu illərdə xarici investisiya axını iqtisadi artımı sürətləndirəcək
Rəşad İsmayılov nazir təyin edildikdən sonra Qafar Ağayev qanunsuz əməllərini davam etdirir?
Hikmət Hacıyev: "Azərbaycan və Serbiya regionlararası əməkdaşlıqda da mühüm rol oynayır"
Ramiz Mehdiyev və Əli Kərimli ilə bağlı yeni sübutlar hansı gizli əlaqələri üzə çıxardı?
“Gənclərin Gözü ilə Konstitusiya və Heydər Əliyev İrsi” layihəsi uğurla başa çatıb
Prezident İlham Əliyev: "Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur"
İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniya səfəri ilə bağlı görüntülər paylaşılıb
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bizim qüdrətli gələcəyimizin memarıdır-Könül Nəbizadə
Yumurta BAHALAŞACAQ? - AÇIQLAMA
Son vaxtlar ölkəmizdən xaricə, xüsusilə də Rusiyaya yumurta ixracı xeyli artıb. Bu vəziyyət daxili bazarda yumurta qiymətlərinin artacağı ilə bağlı söz-söhbətlərin artmasına səbəb olub.
Bəs, yumurta bahalaşa bilərmi?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, hazırda narahatlığa heç bir əsas yoxdur:
“Doğrudan da son vaxtlar yumurta ixracında artım müşahidə olunur. Yanvar ayının geridə qalan dövründə 17 milyon ədəd yumurta ixrac etmişik. Bunun da 10 milyondan artığı Rusiyaya, qalanı isə Yaxın Şərq ölkələrinə - İraqa, Küveytə, Qətərə və BƏƏ-yə göndərilib.
Nəzərə alaq ki, ölkə əhalisinin yumurtaya gündəlik ehtiyacı 3 milyon 600 min ədəddir. Bu ehtiyac da artıqlaması ilə ödənilir. Əvvəllər biz gündə 4,5-5 milyon civarında yumurta istehsal edirdik. Amma bu gün gündəlik yumurta istehsalı 5,5 milyon ədədi keçib.
İstehsal artdığı üçün sahibkarlarımız xarici bazara daha çox yumurta satırlar. İxracdakı artımın tək səbəbi budur.
İxracın artması nə daxili bazarda qıtlığa, nə də qiymət artımına səbəb olmayacaq. Çünki istehsalda problem yox, dinamika var. Hazırda ölkəmizdə fəaliyyət göstərən şirkətlərin 90 faizi öz istehsalını artırıb”.























































