Xəbər Lenti
Bugün, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
8-01-2026, 09:29
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
6-01-2026, 11:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili “KONSTİTUSİYA və SUVERENLİK İLİ” elan etdi
Novruz ərəfəsidə bazar qiymətləri necədir?
Sabah Novruz bayramı qeyd olunacaq. Maraqlıdır, bir ailənin bayram süfrəsi neçəyə başa gəlir?
Bazarda toyuq 3-7, mal əti 10-14, dana əti 10.50-11, quzu əti 11-14, balıq 10-15 manat arası dəyişir.
Novruz süfrələrinin bəzəyi plov üçün düyünün 1 kilosu 3, şabalıd 7, alça 4 manatdan başlayan qiymətlərlə müştərilərə təqdim olunur.
Çərəzlər: fındıq 6, fındıq ləpəsi 12, badam 4, badam ləpəsi 14, qoz 4, qoz ləpəsi 15, fısdıq 4.49 manatdan başlayır.
Xonçanın əsas təamlarında şəkərburanın kilosu 16.50, ədədi isə 1.20 qəpik, paxlava isə 10-14.50 manat arasındadır.
Meyvələrdən alma, portağal, heyva 1-2, kivi, banan 2-3, ananas isə 5-6 manat civarındadır.
Xurma qurusu 3, iydə 5, innab 6, kişmiş 9 manatdan başlayır.
Təbii meyvə şirələri 1.6-4 manat arasıda dəyişir.
Bayram süfrəsinin simvolik bəzəklərində olan şam formasına görə 0.35-2, səməni 1-6 manatdır.
Yumurta isə 0.13 qəpikdən başlayır.
Ümumi mənzərəyə baxsaq, 4 nəfərlik ailə üçün bayram süfrəsi 170-200 manat arası hesablana bilər.























































