Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
Rusiya XİN: “Postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməlidir”
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Salam verəndə də siqnal, söyüş söyəndə də: Yolların həsrət qaldığı sürücü mədəniyyəti
Botanika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “DÜNYAMIZI YAŞILLAŞDIRAQ” mövzusunda konfrans keçirilib
Məşhur rəqqasə: “Məni heç bir “hacı” Fatimə etməyib”
“Yayda konsert etmək istəyirəm. Amma çox maddiyyat tələb edir. Mən isə pulu öz problemlərimin həllinə sərf edirəm. Sənət öz yerində, amma heyif ki, biz öz rəqsimizə, sənətimizə dəyər vermirik. Rəqsi yaşadanı görən yoxdur. Bunu da görəndə passivləşirəm”.
Bu sözləri Axşam.az-a açıqlamasında rəqqasə Fatimə Fətəliyeva deyib. Konsert arzusu olan sənətçi bunun çox pul tələb etməsindən danışıb:
“Öz biznesimi də folklorumuza həsr etmişəm. Ora mənim qazanc yerimdir. Ailəm, özüm üçün işləyirəm”.
Fatimə son günlər sənət adamlarının adlarının “hacı”larla hallanması məsələsinə də toxunub:
“Səhifələrdə qarşıma çıxır ki, yazırlar şou-biznesdə filankəslər “hacı”larla tanınıblar. Mədəniyyət sahəsində olanlara bu cür baxmayın. Elə özümdən deyim... Məni heç bir “hacı” Fatimə etməyib. Ana qarışqa kimi çalışıb bu yerlərə gəlmişəm. Xoşbəxtəm ki, Allah mənə gözəl ürək verib. Nə qədər pisliklər, zərbələr görsəm də, insanlara olan sevgim azalmır. Bəzən elə olur ki, sənətdən küsürsən. Amma sonra deyirəm, yox, Allah mənə güc versin, daha çox iş görüm”.