Xəbər Lenti
Dün, 08:53
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
15-05-2024, 09:16
Rusiya XİN: “Postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməlidir”
14-05-2024, 08:38
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14-05-2024, 08:35
Salam verəndə də siqnal, söyüş söyəndə də: Yolların həsrət qaldığı sürücü mədəniyyəti
13-05-2024, 11:18
Botanika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “DÜNYAMIZI YAŞILLAŞDIRAQ” mövzusunda konfrans keçirilib
QHT sədri Yasəmən Qəyyumlu “ Sağlam uşaq böyüdək “ adlı layihəyə start verib
Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi ilə Pediatrik Kardiologiya və Revmotologiya İctimai Birliyin birgə əməkdaşlığı çərçivəsində Medipark klinikasında " Sağlam uşaq böyüdək" adlı layihəyə start verilib.
Layihənin həya keçirilməsi üçün klinikanın direktoru Elnarə Həsənova və baş həkim Gündüz Əhmədov tərəfindən klinikada xüsusi şərait yaradılıb. Birlik sədrləri Yasəmən Qəyyumlu və Sveta Rəfiyevanın nəzərdə tutduğu , mütəmadi şəkildə davam etdiriləcək layihəyə şəhid, qazi, aztəminatlı ailələrin övladları cəlb olunacaq.
Layihənin əsas məqsədi uşaqları dövrün bəlasına çevrilən müxtəlif cür viruslardan və xəstəliklərdən qorumaq, lazım olan tibbi yardımlar göstərərək onların sağlam böyüməsinə təkan verməkdir.
Layihə respublikasının müxtəlif ərazilərində həyata keçiriləcək.
Layihənin ilk iştirakçıları olan şəhid və qazi övladları klinikada hərtərəfli müayinə olunublar.
Birlik sədri, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva uşaqların müayinəsində və müalicələrin tətbiqində xüsusi iştirak edib.
Birlik sədri Yasəmən Qəyyumlu layihənin məqsədəuyğun şəkildə keçdiyi üçün hər kəsə , həm iştirak edənlərə, həmdə onlara tibbi yardım göstərən həkimlərə öz təşəkkürünü bildirib.
Layihənin ilk günü uğurla başa çatıb.
Fərid Səfərov
Birliyin mətbuat katibi