Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

21 Şub 07:41Manşet / Gündəm

Türkiyə mətbuatı İlham Əliyevin rəsmi səfərini diqqət mərkəzində saxlamaqda davam edir

 

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri və ölkələrimiz arasında əməkdaşlığın perspektivlərini Prezident Rəcəb Tayyib Ərdoğan ilə müzakirə etməsi iki qardaş dövlətin beynəlxalq aləmdə baş verən proseslərə vahid mövqedən yanaşdığını bir daha göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin səfərini işıqlandıran Türkiyə mətbuatında yer alıb. Türkiyənin “Sözçü”, “Hürriyet”, “Yeniçağ”, “Sabah”, “Aydınlık”, “Posta”, “Türkiye” qəzetlərində və digər nəşrlərdə yayımlanan xəbərlərdə dövlətimizin başçısının səfərinin iki qardaş ölkə arasında iqtisadiyyat, ticarət, nəqliyyat-tranzit və enerji sahələrindəki qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verəcəyi bildirilib.

“Hürriyet” qəzetinin müxbiri Selçuk Böke yazıb ki, hazırda Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 7,5 milyard dollardır. Tərəflər qarşıya bu rəqəmi 15 milyard dollara çatdırmağı məqsəd qoyublar. Ticarət dövriyyəsinin artması hər iki ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına və iqtisadiyyatın böyüməsinə təsir göstərir.

“Yeniçağ” qəzetində yayımlanan xəbərdə qeyd edilib ki, Türkiyədən Naxçıvana təbii qazın nəqli üçün boru xətti və dəmir yolunun çəkilməsi məsələsinə baxılıb. Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq hər iki ölkəyə Asiya ilə Avropa arasında nəqliyyat dəhlizi olmaq imkanı verir. Nəqliyyat dəhlizi imkanı dövlətlərə tranzit gəlirlərlə yanaşı, həm də siyasi dividend də qazandırır.

Qəzetdə ölkələrimizin enerji sahəsində də fəal əməkdaşlıq həyata keçirdiyi xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, Türkiyə ilə Azərbaycanın enerji sahəsində əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Hazırda Azərbaycan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edir. Bu həcmin gələcəkdə artırılması nəzərdə tutulub.

“Sabah” qəzeti vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının dövlət başçıları səviyyəsində növbəti toplantısının işğaldan azad olunan Şuşa şəhərində bu ilin iyununda keçirilməsi türk dövlətlərinin Azərbaycana verdiyi siyasi dəstəyi göstərir.

“Posta” qəzetində yer alan xəbərdə bildirilib ki, Türkiyə regionda davamlı sülhün təmin olunmasına çalışan Azərbaycana hər zaman dəstək verəcək. Türkiyə həm diplomatik, həm də hərbi sahədə Azərbaycanı dəstəkləyir.

“Türkiyə” qəzeti vurğulayıb ki, Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti iki ölkə arasında ticarət dövriyyəsinin həcmini artırmaqla yanaşı, beynəlxalq yükdaşımaların da həyata keçirilməsində əhəmiyyətli rol oynayacaq.

Ümumiyyətlə, Azərbaycan Prezidentinin Türkiyəyə rəsmi səfəri qardaş ölkə mətbuatının gündəmində əsas xəbər olub. Yayımlanan xəbərlərdə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edilib.

Bizimlə əlaqə saxlayın