Menu
Xəbər Lenti
Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

29 Şub 09:25Manşet / Gündəm / Sosial

Bütün bədəni yanan Sabirin anası: “Yemək almağa belə pul tapmıram”

 

12 yaşlı Sabir Mustafayevin sizin yardımınıza ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Leyla Mustafayeva məlumat verib.

O bildirib ki, oğlu Sabir ötən il dekabrın 26-da evdə sobanı yandırmaq istəyərkən yanıb:

“Sabirin 12 yaşı var. Evdə sobaya neft töküb yandırmaq istəyərkən özü yanıb. Bədənində üzü və bir qolu çıxmaqla, demək olar ki, hər yeri yanıb. Hadisə baş verən gün Lənkəranda xəstəxanaların birinə yerləşdirsək də, vəziyyəti ağırlaşdığı üçün onu Bakıya gətirməyə məcbur olduq. Sabir bir neçə dəfə fərqli nahiyələrindən dəriköçürmə əməliyyatı keçirib. Hazırda müalicələri davam etdirməliyik, amma buna imkanım yoxdur. İnanın hazırda elə çıxılmaz vəziyyətdəyəm ki, nə Sabirin müalicəsini edə, nə yemək ala bilirəm”.

Leyla Mustafayeva qeyd edib ki, üç övladına özü tək baxır.

“Yoldaşım bir il əvvəl həbs edilmişdi. Həbs edilməzdən əvvəl evdə olan bütün əşyaları satmışdı. Bir neçə ay öncə də həbsdə vəfat etdi. Övladımı müalicə etdirə bilmək üçün satmağa da heç nəyim qalmayıb. Mən özüm təndirdə işləyirəm, arada evlərə təmizliyə də gedirəm. Bir neçə gün əvvəl təndirdə qolumu yandırmışam. İnanın bint alıb yaramı sarımağa belə imkan tapmıram. Övladımın müalicələrini davam etdirmək üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (077) 316-71-93.

Yardım üçün kart hesabı: 4244 4848 4726 0308.

Bizimlə əlaqə saxlayın