“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Könül Nəbizadə “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif olundu
Vətənpərvərlik mövzularında daim yazılı çıxış edən, Ulu Öndərimiz Heydər Əliyevə sonsuz təşəkkürünü bildirərək vətənə sədaqətlə bağlı jurnalını dərc etdirən, saysız hesabsız elmi və maarifləndirici məqalələrlə sayt və kitablarda çıxış edən, elmi konfranslarda çıxış edən, bir çox fəxri fərman, fəxri diplom, elmi sertifikat, 2 ali mükafat sahibi, 2 medal sahibi, media mükafatlı, öyrədənlərin öyrədəni təlimçi statuslu, qızıl qələm laureatı, təşkilatçılıq işləri üzrə xeyriyyə yardımı edən, xeyriyyə işləri görən, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan KİV İHİ üzvü, dövlətinə və qanunvericiliyə sadiq olan ziyalı xanım Nəbizadə Könül Faxrəddin qızı növbəti dəfə mükafatlandırılıb.
Könül xanım bu dəfə Vətən Müharibəsində və müharibədən sonrakı dönəmlərdə şəhid və qazi ailələrinə göstərdiyi mənəvi qayğı, diqqət, maddi dəstək nümunələri nəzərə alınaraq Birliyin “Fəxri üzvü” vəsiqəsi ilə təltif edilmişdir.
Bundan əlavə Könül Faxrəddin qızı Nəbizadə Azərbaycan ictimai birliyinin idarə heyətinin qərarı ilə “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif edilmişdir.
Könül xanım saytımıza təltiflə bağlı açıqlamasında təəssüratlarını bölüşərək bildirib ki: Şəhid və qazi ailələri bizim baş tacımızdır, onların yanında olmaq, dəstək nümayiş etdirmək hər birimizin vətəndaş borcumuzdur, bizə bu nümunəni Ulu Öndərimiz Heydər Əliyev və onun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev göstərib. Cənab Prezidenitmiz İlham Əliyevin yolu vətənə və xalqa sədaqətlə xidmət yoludur, çünki O, dahi şəxsiyyət, uzaqgörən lider və cəsarətli insan əbədiyaşar Ulu Öndərimiz Heydər Əliyevin oğludur. İlham Heydər oğlu Əliyev maddi texniki bazamızı gücləndirmiş, ilk öncə özü səngərə gedərək əsgərlərlərimizlə görüşmüş və onlara öz tapşırıqlarını vermişdir, məhz bu cürə dayaq, güvən və stimula görə əsgərlərimiz qələbə qazanaraq dədə-baba torpaqlarımızı işğal altından azad edərək Şəhidlərimizin qanını yerdə qoymamışdır. Cənab Prezidentimiz Şəhid atası ilə görüşündə belə birinci şəhid atasının əyləşməsini gözləyib daha sonra özü əyləşərək onu hörmətlə dinləyən xalqının igid oğludur. Bu cürə liderimiz Prezidentimizin olmağı bizim üçün şərəf və baş ucalığıdır. Cənab Prezidentimiz Şəhid ailələrinə, qazi-veteranlara bütün lazımi dəstəyi daim edir və hər birinə diqqət və qayğısı əzəldən olub, var və davam etməkdədir. Mən hər zaman bu yolu özümə nümunə götürmüşəm və bu yolu tutmağa çalışıram, bir neçə Şəhid –qazi aillələrini ziyarət etmişəm dayaq olmuşam, bacardığım qədər əsgərlərimiz üçün müharibə dövründə yardımlar etmişəm, ətrafımda olan aztəminatlı ailələrə dəstək oluram, Yaşat fonduna, uşaq sığınacağı və uşaq evinə, digər ölkədə yaşayan azyaşlılar üçün ərzaq və digər lazımi məmulatları təmin etməyə çalışıram, dəstək olmağa çalışıram, bildirdiyim kimi bu mənim vətəndaşlıq borcumdur, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinə bu işdə dəstək nümayiş etdirən şəxslərə diqqət ayırdıqlarına və fəaliyyətimə verdiklərə bu cürə xüsusi hörmətə, dəyərə görə təşəkkür edirəm.
Mən bir vətəndaş olaraq bütün ömrünü xalqın səadəti uğrunda mübarizəyə həsr edən, Azərbaycançılıq idealogiyasının banisi, Azərbaycan dövlətinin yaradıcısı və qurucusu Ulu Öndərimiz Heydər Əliyev hələ kiçik yaşlarımdan mənə nümunə olub və həyatımın indiki anına qədər Azərbaycan Respublikasının vətəndaşı olmaqdan və Azərbaycan adı çəkiləndə dünya miqyasında Ulu Öndər Heydər Əliyevin adının çəkilməsindən vətəndaş olaraq şərəf hissi keçirirəm, hazırda isə onun yolunu mükəmməl idarəçilik qabiliyyəti, mətin iradəsi və yorulmaz fəaliyyəti sayəsində atdığı bütün addımlarının xalqımızın rifahı halının yaxşılaşdırılmasına xidmət edən, ata vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğal altından azad edərək xalqımızın milli kimliyini dünyaya sübut edən cənab Prezidentimiz İlham Heydər oğlu Əliyevin yolunu dəstəkləyən sadiq vətəndaşam.
Ziyalımız Könül xanıma tutduğu yolda və xidməti peşə fəaliyyətində naliyyətlərinin daha da artmasını arzu edirik və uğurular diləyirik.