“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Könül Nəbizadə - Dövlət Təhlükəsizlik yaxud Kəşfiyyat Orqanı dövlətimizin milli təhlükəsizliyinin təmin olunmasında fəaliyyət göstərən xüsusi xidmət orqanıdır.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin -strukturunun yaradıcısı və qurucusu dahi şəxsiyyət, uzaqgörən lider və cəsarətli insan, əbədiyaşar Ulu Öndərimiz Heydər Əliyev olmuşdur. Ulu Öndərimiz bu orqanın maddi-texniki bazasını təkmilləşdirmiş və buna əsasən təhlükəsizlik orqanının xidmətdə fəaliyyəti yüksəlmişdir.
Ulu Öndərimizin layiqli davamçısı, Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimi İlham Əliyevin qətiyyətli sərkərdəliyi ilə tarixi qələbəmizin əldə edildiyi Vətən müharibəsi dövründə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində ola biləcək bütün təhdidlərin, maneələrin qarşısının alınmasında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının böyük rolu olmuşdur.
Dövlət Təhlükəsizlik Xidmətinin yaradıcısı və qurucusu Ulu Öndərimiz Heydər Əliyevin ruhu qarşısında baş əyirik, cənab Prezidentimizn İlham Heydər oğlu Əliyevə bir vətəndaş olaraq minnətdarlığımızı bildiririk ki, ölkəmizdə güc strukturlarının maddi texniki bazalarını xüsusi diqqətdə saxlayaraq daim təkmilləşdirilməsi üçün mühüm addımlar atır, Dövlət Təhlükəsizlik Xidmətində xidmət aparan bütün əməkdaşlara xidməti peşə fəaliyyətlərində müvəfəqiyyətlər diləyirik.