Xəbər Lenti
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Paşinyan Tavuşdakı erməniləri “nəzarətə götürdü”: Qazaxın işğaldakı kəndlərinə xüsusi polis dəstəsi göndərildi
Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuşa (Dilican mahalı - red.) səfərinin nəticələri artıq üzə çıxmağa başlayır.
Bu barədə “Hraparak” qəzeti yazıb.
Belə ki, N.Paşinyan səfərindən sonra ona qarşı yerli KİV-də çıxış edən erməniləri cəzalandırmaq qərarına gəlib. Məhz bu səbəblə əraziyə - Əskipara, Bağanis (Qazax rayonunun işğal altındakı kəndləri - red.) və ətraf məntəqələrə xüsusi polis dəstələri göndərilib. Bununla Paşinyan hökuməti yerli sakinlərə gözdağı verməyə çalışır. Polislər mediaya müsahibə verən kənd sakinlərini tapıb onlarla izahat işi aparırlar və bu cür müsahibələrin yolverilməz olduğuna “inandırmağa çalışırlar”.






















































