Çilidə Qələbə Yolu: Xocalı İdman Klubunun Peşəkar İdmançısı Elnur Mustafayev 67 kq-da Azərbaycanı Təmsil Edir
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Dekabr ayının reytinq cədvəli açıqlanıb
Nisə Rafiq qızı İbrahimovanın ad günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib
“Bitki və Göbələklərin Toplanması üzrə Elmi Bəyannamə 2030” adlı məqalə dərc olunub
AR ETN Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva və Mikologiya və ibtidai bitkilər şöbəsinin müdiri biologiya elmləri doktoru, dosent Dilzarə Ağayevanın həmmüəllifi olduğu “The 2030 Declaration on Scientific Plant and Fungal Collecting” (Bitki və Göbələklərin Toplanması üzrə Elmi Bəyannamə 2030) adlı məqalə nüfuzlu “Plants, People, Planet” jurnalında dərc edilib. Bu bəyənnamənin tərkib hissələri Kral Botanika Bağlarında (Kyu, Böyük Britaniya) 2023-cü ildə keçirilmiş “Dünya bitki və göbələklərinin vəziyyəti” adlı beynəlxalq simpozium zamanı müəyyən edilmiş, bir sıra plenar və seksiya iclaslarında geniş müzakirə olunmuş və məqalə şəkilində tərtib edilmişdir. Məqalənin hazırlanmasında 47 fərqli təşkilatdan tədqiqatçılar iştirak edib.
Bəyənnamədə dünyanın flora və funqa müxtəlifliyini kataloqlaşdırmaq, əməkdaşlıq səmərəliliyini maksimallaşdırılmaq, bilik mübadiləsini asanlaşdırmaq və bərabərhüquqlu əməkdaşlığı təşviq etmək üçün aşağıda qeyd edilən beş öhdəlik nəzərdə tutulur: 1) sübuta əsaslanan toplama strategiyalarından istifadə; 2) yerli imkanların gücləndirilməsi; 3) taksa və fənlər üzrə əməkdaşlıq; 4) gələcək üçün toplamaq; 5) faydaların paylanması. Beynəlxalq, regional, milli və yerli səviyyələrdə keçirilən botaniki və mikoloji tədbirlərdə bu öhdəliklərin təşviqi üzrə səylərin genişləndirilməsi tövsiyyə edilir.
Qeyd edək ki, jurnalın qayəsi müxtəlif sahələr üzrə yeni, maraqlı və innovativ bitki yönümlü tədqiqatları vurğulamaq və müzakirə etmək üçün forum təqdim etməkdir. 2022-ci il üçün bu jurnalın Scopus bazası üzrə göstəricisi 8.5, Clarivate bazacı üzrə impakt faktoru 5.1, istinad göstəricisi 1.13 kimi qeyd edilmişdir.
AR ETN Botanika İnstitutu
Bakı şəhəri
25 mart 2024-ci il






















































