Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

11 Tem 11:58Manşet / Dünya

Ərdoğanın baş müşaviri vəfat etdi

erdoganin-bas-musaviri-vefat-etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yiğit Bulut vəfat edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə AKP-nin İstanbul üzrə millət vəkili Süleyman Soylu sosial şəbəkədə məlumat yayıb.

“Prezidentin baş müşaviri, İqtisadi Siyasət Şurasının üzvü, jurnalist, yazar və iqtisadçı alim, dəyərli dostum Yiğit Bulut bu gün səhər saatlarında ağır xəstəlikdən sonra dünyasını dəyişib. Ailəsinə, yaxınlarına başsağlığı verirəm. Allah rəhmət eləsin!”, - deyə, Soylu yazıb.

Xatırladaq ki, iyulun 7-si Y. Bulutun vəziyyətinin pisləşdiyi və özəl xəstəxanalardan birində xərçəng xəstəliyindən müalicə olduğu barədə məlumat yayılmışdı.

Qeyd edək ki, 53 yaşlı Yiğit Bulut bir sıra media orqanlarında iqtisadi ekspert kimi fəaliyyət göstərib. 2013-cü ildə Türkiyə Baş nazirinin baş müşaviri, 2014-cü ildə isə prezidentin iqtisadi məsələlər üzrə baş müşaviri təyin edilib.