Menu
Xəbər Lenti
Güclü külək əsir
Dün, 10:22

Güclü külək əsir

Neftimiz ucuzlaşdı
Dün, 10:10

Neftimiz ucuzlaşdı

Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

09 Nis 09:20Manşet / Gündəm

2024-cü ilin ilk rübündə neçə tibb müəssisəsində qanun pozuntusu aşkarlanıb? - RƏSMİ

 

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin birinci rübü ərzində özəl tibb müəssisələrində 32 planlı yoxlama, 55 plandankənar yoxlama və 8 araşdırma keçirilib.

Bu barədə Səhiyyə Nazirliyindən Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, bu yoxlamalar zamanı özəl tibb müəssisələrində aşkar edilən qanun pozuntuları ilə əlaqədar 46 protokol tərtib edilib. Bu müddət ərzində bir özəl tibb müəssisəsinin - “Medicare Klinikası” MMC-də lisenziyadan kənar fəaliyyət aşkar edilməsi və verilən vaxt ərzində nöqsanların aradan qaldırılmaması səbəbindən Səhiyyə Nazirliyinin rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən sözügedən klinikanın lisenziyasının dayandırılması barədə qərar qəbul edilib.