“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Könül Nəbizadə - xalqının igid oğlu İlham Heydər oğlu Əliyev Kəbə evində dediyi “məscid tikdirəcəm” sözünü yerinə yetirdi, müqəddəs ramazan bayramında Şuşamızda, Məscidimizdə Azanı səsləndirərək xalqına bu mənəvi müqəddəs anı yaşatdı
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı tarixi zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ermənistanın işğalçılıq siyasətinə son qoydu.Vətən müharibəsi təkcə işğal altındakı torpaqların düşməndən azad edilməsi deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayiş etdirdi. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Biz 44 günlük müharibə zamanı gücümüzü onlara göstərdik.
Vətən müharibəsi ilə işğaldan azad edilən Qarabağda “ Böyük qayıdış” adlanan proqramın artıq həyata keçirilməsinə başlanılıb. Hal-hazırda da dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri sürətlə davam etdirilir.
Prezidentimiz İlham Əliyev çıxışların birində qeyd etdiyi kimi, "Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb".
Ölkə başçısının işğaldan azad olunmuş ərazilərə tez-tez səfər etməsi və şəxsən özününü görülən işlərlə tanış olması ondan xəbər verir ki, dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz bu ərazilərimizin yenidən qurulması və insanların yaşayışının təmin edilməsi tutur.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük ruh yüksəkliyi ilə qarşılanır.
Bu gün Ulu Öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin parlaq siyasi zəkası, mükəmməl idarəçilik qabiliyyəti, mətin iradəsi və yorulmaz fəaliyyəti sayəsində atdığı bütün addımlar Azərbaycanın inkişafına, xalqın sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir.
Xalqımızı zirvəyə ucaldan, torpağımızı vahidləşdirən və ərazi bütövlüyümüzü bərpa edərək şəhidlərimizin, dədə-babalarımızın ruhuna ehtiramla yanaşan 21 əsrin lideri, xalqımızın igid oğlu, sərkərdəsi, Ali Baş Komandanımız cənab İlham Heydər oğlu Əliyev zəfəri xalqımıza yaşadaraq Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın mədəniyyət mərkəzi olan, Şuşamızda erməni əsarətindən Məscidlərimizi azad edərək yenidənqurma bərpa işi apardı, bu müqəddəs ramazan bayramında Məscidimizdə Azanı səsləndirərək Şəhidlərimizin ruhuna ehtiramını bizlərə isə bu tarixi anı yaşatdığı üçün təşəkkürümüzü ehtiramımızı bildirək.
Allah-Təala cənab Prezidentimizi daha da uca etsin, Allah-Təala cənab Prezidentimizi, ilə üzvlərini və bütün Azərbaycan xalqını xoşbəxt etsin.
Nəbizadə Könül Faxrəddin qızı.