Xəbər Lenti
Bugün, 12:55
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Bugün, 08:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
Dün, 11:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
Dün, 07:18
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
19-11-2026, 12:28
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
19-11-2026, 10:23
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
17-11-2026, 11:00
VƏTƏNPƏRVƏR İNSAN MEHMAN QƏHRƏMANOV: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ, AZƏRBAYCAN XALQININ AZADLIQ DASTANI VƏ DÖVLƏTÇİLİK TARİXİNİN ŞANLI SƏHİFƏSİ
Füzulinin icra başçısı Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri ilə görüşdü
Füzuli rayonunda Qurban Bayramı münasibətilə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri ilə görüş keçirilib.
Bu barədə Füzuli rayon İcra Hakimiyyətindən daxil olan məlumatda bildirilir.
Məlumatda bildirilir ki, Füzuli rayonunun Birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olan 6 Milli Qəhrəmanı var. Kərimov Bəşir, Fərzəliyev Pəhləvan, Zülfüqarov Elxan, Rəfiyev Faiq, Quliyev Nazim, Məmmədov Seymur adlarını hər zaman fəxrlə andığımız Milli Qəhrəmanlarımızdır.
44 günlük Vətən müharibəsi zamanı göstərdikləri şücaətə görə Füzuli rayonundan 3 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Bunlar Zalov Fəqan, Hüseynov Telman, Səfərov Elvindir. Füzuli rayonundan olan Vətən Müharibəsi Qəhrəmanlarından Zalov Fəqan Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olub.
Bu gün Füzuli rayon İcra Hakimiyyətində müqəddəs Qurban Bayramı münasibətilə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri ilə görüş keçirildi. Rayon İcra Hakimiyyəti Başçısı Alı Alıyev şəhid ailələrinin və qazilərin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfərdən söz açan rayon rəhbəri bu qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsinin həm də şəhidlərimizin intiqamının alınmasına səbəb olduğunu diqqətə çatdırdı. Alı Alıyev Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələrini Müqəddəs Qurban Bayramı münasibətilə təbrik etdi. Rayon rəhbəri ailələrlə səmimi söhbət etdi, onların qayğı və problemləri ilə yaxından maraqlandı. Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri onlara göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
Sonda görüşdə iştirak edən ailələrə Qurban Bayramı münasibətilə sovqatlar təqdim olundu.























































