Xəbər Lenti
Dün, 18:42
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır
19-05-2024, 14:15
Göygöldə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Forum və eko-aksiya keçirilib
18-05-2024, 11:25
Qərbin suya düşən planları: Hər şey İrəvanın iradəsindən asılıdır - “Kaspi”nin TƏHLİLİ
18-05-2024, 11:20
Ermənistanda oyun qarışır: Kilsə-müxalifət tandemi fiaskoya uğrayacaq? - “Kaspi”nin TƏHLİLİ
Ramal Məmmədov və Pərviz Məmmədovun anım günləri qeyd olunub
Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində Vətən müharibəsi şəhidləri Ramal Məmmədov və Pərviz Məmmədovun anım günləri qeyd olunub.
Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidlərin ailə üzvləri, rayon icra hakimiyyətinin məsul nümayəndələri iştirak ediblər.
Şəhid Ramal Məhəmməd oğlu Məmmədov 01 yanvar 2000-cı il tarixində Gəncə şəhərində anadan olub. Xocavənd və Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştrak etmiş, böyük şücayət göstərib. Ramal Məmmədov 2020-ci il oktyabrın 1-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid kapitan Məmmədov Pərviz Ələddin oğlu 09 avqust 1989-cu il tarixində Tovuz rayonu Çeşməli kəndində anadan olmuşdur. Pərviz Məmmədov 2020-ci il sentyabrın 30-da Füzuli uğrunda döyüşlər zamanı şəhid olub.
Hər iki şəhid Qaradağ rayonu Lökbatan qəsəbəsində şəhidlər xiyabanında dəfin olunub.
Şəhidlər ölməz, Vətən bölünməz! Allah Şəhidlərimizə rəhmət eləsin!