Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
19-04-2026, 10:44

Faktiki hava açıqlandı

Ceyhun Bayramov Taylanda getdi
19-04-2026, 10:29

Ceyhun Bayramov Taylanda getdi

Bu gün imtahan var
19-04-2026, 10:26

Bu gün imtahan var

Meloni Azərbaycana gələcək
19-04-2026, 10:22

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı
19-04-2026, 10:16

SEPAH Hörmüzü bağladı

İsrail atəşkəsi pozdu
17-04-2026, 09:01

İsrail atəşkəsi pozdu

02 May 09:17Manşet / Gündəm / İdman

UEFA Avropa Liqası: “Roma” “Bayer”ə, “Marsel” “Atalanta”ya qarşı

 

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk görüşləri keçiriləcək

Məlumata görə, bu gün keçiriləcək görüşlərdən biri İtaliyada, digəri isə Fransada keçiriləcək.

“Roma” - “Bayer” görüşündə meydan sahiblərindən Zeki Çelik cəzalı olduğu üçün komandasına kömək edə bilməyəcək. Qonaqlardan isə Hlozek, İqlesias və Conatan Tahın oynayıb-oynamayacağı bəlli deyil.

“Marsel” - “Atalanta” görüşündə isə komandaların heyətində ciddi itkilər var. Meydan sahiblərindən Mbemba, Merlin, Ronjye, Ruis və Soqlo zədə, Ciqol isə cəzalı olduğundan görüşü buraxmalı olacaq. Qonaqlardan isə zədəli Emil Holm və Toloy ilə yanaşı, cəzalı Bekker də bu oyunda komandasına kömək edə bilməyəcək.

“Roma” - “Bayer”

Baş hakim: Fransua Leteksye (Fransa)

Stadion: “Stadio Olimpiko” (Roma)

“Marsel” - “Atalanta”

Baş hakim: Daniel Zibert (Almaniya)

Stadion: “Stade Veloddrome” (Marsel)

Qeyd edək ki, hər iki görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.