Menu
Xəbər Lenti
Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 12:22

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 12:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 15:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 14:54

Bakıda güclü külək əsir

“Azeri Light” bahalaşdı
28-08-2026, 09:24

“Azeri Light” bahalaşdı

30 May 09:30Manşet / İdman

Boksçumuz lisenziya turnirində 1/4 finala vəsiqə qazandı

 

Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turniri davam edir. “Qafqazinfo” xəbər verir ki, yarışın yeddinci günündə Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Şamil Əsgərov çıxıb.

57 kq-da mübarizə aparan boksçu 1/8 final çərçivəsində Kaleb Tiradonu (Puerto-Riko) sınağa çəkib. Görüş Əsgərovun qələbəsi ilə yekunlaşıb – 3:2 (30:27, 29:28, 30:27, 28:29, 27:30).

Boksçumuz 1/4 finalda Munarbek Seyitbek Uulu (Qırğızıstan) ilə döyüşəcək. Görüş mayın 31-də olacaq.

Qeyd edək ki, bu gün 1/16 final çərçivəsində Alfonso Dominqes (92 kq) və Məhsəti Həmzəyeva (57 kq) də rinqə çıxacaq.