Menu
Xəbər Lenti
Stresi dəf etməyin yolları
26-09-2024, 08:55

Stresi dəf etməyin yolları

Bu rayonlara yağış yağıb
25-09-2024, 07:29

Bu rayonlara yağış yağıb

Bəzi ərazilər susuz qalacaq
25-09-2024, 07:19

Bəzi ərazilər susuz qalacaq

Günə xoşbəxt başlayın!
25-09-2024, 07:14

Günə xoşbəxt başlayın!

“ABBA”nın üzvü öldü
24-09-2024, 07:07

“ABBA”nın üzvü öldü

Rəsmi Bakıdan Kanadaya cavab
23-09-2024, 07:22

Rəsmi Bakıdan Kanadaya cavab

12 Haz 10:41Manşet / İdman

Fernandu Santuş Azərbaycan yığmasının baş məşqçisi oldu

 

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub.

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar milli assosiasiyanın İcraiyyə Komitəsinin onlayn formatda keçirilən iclasında qəbul edilib.
Baş məşqçi postuna tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun namizədliyi irəli sürülüb.

Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən milli komandanın formalaşdırılmasının, eyni zamanda ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub: “Bu xüsusda Fernandu Santuşun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınaraq Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib. Prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub”.