Menu
Xəbər Lenti
Stresi dəf etməyin yolları
26-09-2024, 08:55

Stresi dəf etməyin yolları

Bu rayonlara yağış yağıb
25-09-2024, 07:29

Bu rayonlara yağış yağıb

Bəzi ərazilər susuz qalacaq
25-09-2024, 07:19

Bəzi ərazilər susuz qalacaq

Günə xoşbəxt başlayın!
25-09-2024, 07:14

Günə xoşbəxt başlayın!

“ABBA”nın üzvü öldü
24-09-2024, 07:07

“ABBA”nın üzvü öldü

Rəsmi Bakıdan Kanadaya cavab
23-09-2024, 07:22

Rəsmi Bakıdan Kanadaya cavab

25 Haz 10:27Manşet / Gündəm

Naxçıvanda gizlin kadr təyinatı: Vasif Talıbovun kadrı TMİB (Tibb Müəssisələrinin İdarəetmə Birliyinə) İcraçı direktor təyin olundu

 

Naxçıvan Muxtar Respublikasında TMİB(Tibb Müəssisələrinin İdarəetmə Birliyi) yaranıb,yeni yaradılan quruma 

İcraçı direktor Naxçıvan MR-nın Səhiyyə Nazirliyinin aparat rəhbəri olan,nəinki səhiyyədən,ümumiyyətlə heç bir elmdən xəbəri olmayan Vasif xanın komandasının üzvü olan,o dövürdə də işlədiyi yerdən neqativ hallarla qovulan Vüsal Ələkbər oğlu Məmmədov təyin olunub.TMİB-in müşahidə şurası bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, Vüsal Məmmədov bundan öncə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin köməkçisi vəzifəsində çalışıb.

Amma nədənsə Vüsal Məmmədovun bu təyinatını Muxtar Respublika gizli saxlayır.Hər halda bu təyinatın Naxçıvan əhalisi arasında böyük narazılığa səbəb olacağını bildiklərindən bu təyinatı ictimaiyyətə açıqlamırlar.

Vüsal Məmmədov Naxçıvan MR Səhiyyə Nazirliyində Aparat rəhbərinin adı altında kadrlar şöbəsinin rəisi kimi tanınırdı.Çünki kim,rahat yolla işə qəbul olunmaq istəyirdisə Vüsal müəllimin otağından keçməli idi.Aparat rəhbəri kimi işlədiyi az müddətdə (22 may 2023-cü ildə təyin olunub) Naxçıvan şəhərinin mərkəzində dəyəri 0,5 milyon olan villa və Şahbuz rayonunun Biçənək kəndində dəyəri minimum 300-400 min manat olan bağ evi tikdirib.Yəqinki bu təyinatdan sonra Vasif xan kimi şəxsi samalyot və xaricdə villalar alacaq.

Hesab edirik ki,Vüsal müəllim bura təyin olunacağını daha öncədən bildiyindən özü kimi səhiyyədən anlayışı olmayan,işlədiyi yerlərdən qovulan kadrları Muxtar Respublikanın ən önəmli xəstəxanalarına direktor və müavinlər təyin etdirib.Naxçıvanda Bu barədə növbəti buraxılışımızda daha ətraflı yazacayıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

bakupress.az