Xəbər Lenti
24-10-2026, 09:13
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 18:16
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
14 illik hakimiyyət bitdi: Britaniyada müxalifət qələbə qazandı

Britaniya parlamentinə keçirilən seçkilərdə Leyboristlər Partiyası qalib gəlib.
Qaynarinfo xəbər verir ki, aralıq nəticələrinə görə, müxalif partiya yeni hökumətin formalaşdırılması üçün lazım olan çoxluğu qazanıb. Belə ki, Leyboristlər 650 yerlik İcmalar Palatasında 326 yer təmin edib.
Hakim Mühafizəkarlar Partiyası isə 71 mandat qazanıb. Onlar 2010-cu ildən hakimiyyətdə idi.
Qeyd edək ki, səslərin hesablanması davam edir. Amma artıq Leyboristlər qələbəni təmin edib. Hətta Böyük Britaniyanın Baş naziri və hakim Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak da Leyboristlər Partiyasının lideri Key Starmeri təbrik edib.






















































