Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
ABB-nin “AI-nur” və “AI-khan”ı - 1 milyondan çox qarşılıqlı ünsiyyət,3 yeni imkan!
"TVM İNŞAAT" MMC-nin rəhbərliyi sudurğa xəstəsi olan qaynaqçı və işçinin pulunu mənimsəyib
Prezidentin diqqətini çəkən o detal
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib.
“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib.
Açılış mərasimində bu detallardan biri Prezident İlham Əliyevin də diqqətini çəkib və ona baxış keçirib.
Belə ki, işğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının dağıntılarının bir qismi də konservasiya olunub. Məscidə gələn hər bir ziyarətçi tarixi-dini abidəyə qarşı erməni vandalizminə dair bu faktların şahidi ola bilər.
























































