Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Bu quruma yeni səlahiyyət verildi
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ölkə başçısı yeni Qanun imzalayıb.
Qanuna edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alınmadan dövlət informasiya ehtiyatları və sistemləri vasitəsilə elektron xidmətlərin göstərilməsinə yol verilməyəcək. Həmçinin elektron xidmətlər göstərən dövlət informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən təhlükəsizlik meyarları üzrə monitorinq olunmalı, mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edilməli və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə audit aparılmalıdır.






















































