Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

23 Tem 19:33Manşet / Gündəm

ATA TV Milli Mətbuat Günü ilə əlaqədar tədbir təşkil edib

 

ATATV. AZ xəbər saytı xəbər verir ki,  22 iyul mətbuat günü ilə əlaqədar təşkil edilən tədbir "Azərnəşriyyat"da keçirilib. Tədbirdə bir sıra tanınmış jurnalistlər, publisist və  ziyalılar iştirak edib. Tədbir şəhidlərin bir dəqiqəlik sükutla  yad edilməsi  ilə başlanılıb. Çıxış edən jurnalistlər milli mətbuatın yaradıcısı  Həsən Bəy Zərdabinin keşməkeşli və şərəfli ömür yolundan, onun milli ictimaiətin inkişaf yolunda atdığı qürurlu  addımlardan , maariflənmə tərəqqisində etdiyi ziyalı fədakarlığından bəhs edib. Xüsusilə Həsən Bəy Zərdabinin redaktorluğu ilə 1875-ci ilin 22 iyulunda nəşr etdiyi "Əkinçi" nin məqsəd və məramından geniş danışılıb. Tədbiri giriş sözü ilə açan "Tarixi Şəxsiyyətlər" jurnalının təsisçisi və baş redaktoru Xəlil Qarəhmədoğlu milli mətbuatın cəmiyyətin azad və firəvan yaşayışında, cəmiyyətin inkişafında xüsusi rol oynadığını qeyd edib. Bütün çətinliklərə və maneələrə rəğmən jurnalistika və mətbuatla məşğul olan bütün əzmkar jurnalistləri bayram münasibəti ilə  təbrik edib. Ardınca  çıxış edən  ATATV. AZ xəbər portalının və İctimai Xəbər Agentliyinin rəhbəri Rasafil Bayramov, növbə ilə digər   jurnalistlər Əlivahid Çaylı, Abil İslam,  Mələykə Göyçəli, Lətifə Mustafayeva, Rauf İlyasoğlu, Xuraman Quliyeva,  Fərman Cəbrayılov və digər jurnalist və ziyalılar çıxış edib, azad və maarifpərvər  medianın əhəmiyyətindən, ona qarşı məmur özbaşınalığından danışıblar. Tədbiri təşkil edən jurnalist Rasafil Bayramov mətbuatın bugününə  işıq salıb, çətinliklərə rəğmən jurnalistika ilə məşğul olmağın böyük üstünlüklərindən və onun cəmiyyətə, dövlətçiliyə verdiyi töhfələrdən bəhs edib. 
Zərdabi dili ilə desək hər bir çıxışçı  "hər bir vilayətin gərək ki, var olsun mediası. Çünki bu media mənsub olduğu ölkənin aynası rolunu oynayır. O vilayət və ölkənin insanları qarşılaşdığı problemləri aynada əks etdirməlidir, yəni qəzetdə  işıqlandırmalıdır" ideyasına öz şərikliyini bildirdi. Sonda tədbir təşkilatçısı, jurnalist Rasafil Bayramov tərəfindən hər bir iştirakçıya "Fəxri Diplom" lar təqdim edilib, xatirə şəkli çəkdirilib.

Günel Sabirqızı
ATATV. AZ xəbər saytının xüsusi müxbiri