Menu
Xəbər Lenti
14 yolda tıxac var - Siyahı
13-04-2026, 09:07

14 yolda tıxac var - Siyahı

YALAN AYAQ TUTAR, YERİMƏZ
11-04-2026, 12:13

YALAN AYAQ TUTAR, YERİMƏZ

Neftimiz yenə ucuzlaşdı
11-04-2026, 10:41

Neftimiz yenə ucuzlaşdı

01 Ağu 09:06Manşet / Gündəm

Saray körpüsü qəzalı vəziyyətə düşdü - Minlərlə avtomobilə təhlükə yarandı

Böyük dəlik, ətrafında isə çatlar əmələ gəlib...

Söhbət Sumqayıt şəhərinə 2-ci əsas girişdəki körpüdən gedir. Şəhəri Saray qəsəbəsi ilə birləşdirən körpünün qəzalı vəziyyətdə olduğu bildirilir.

Bu yolla hər gün minlərlə avtomobil hərəkət edir. Sürücülər körpünün bu vəziyyətinin təhlükəli olduğunu deyirlər.

Yolda çökmələr olduğundan körpünün üzərində olan işıqforun fəaliyyəti dayandırılıb. Bu addım avtomobillərin körpünün üzəri ilə dayanmadan hərəkətini təmin etmək məqsədi ilə atılıb. Çünki avtomobillərin körpünün üzərində dayanması çökmə ilə nəticələnə bilər. Həmçinin altından dəmir yolu xətti keçdiyinə görə təhlükə ikiqat artır.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev "Xəzər Xəbər"ə bildirib ki, məsələ aidiyyəti qurumların diqqət mərkəzindədir.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət olunub və körpüyə ilkin baxış keçirilib.

Körpünün əsaslı təmir olunması üçün müvafiq addımlar atılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.