Xəbər Lenti
Bugün, 18:04
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı: Enerji təhlükəsizliyi və yeni qlobal imkanlar
7-12-2025, 07:44
İran üçün fəlakət ili: Böhranlar, müharibə və xaosa gətirib çıxara biləcək problemlər
7-12-2025, 07:39
"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk?
7-12-2025, 07:35
Azərbaycanda UNİKAL TAPINTI: Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkar edilib
Cəfər Hüseynzadə ilə xanımı qarət olundu - 90 minlik saatları oğurlandı
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və həyat yoldaşı Brüsseldə soyğunçuluğa məruz qalıblar.
“Qafqazinfo” Haqqin.az-a istinadən xəbər verir ki, azərbaycanlı diplomat xanımı ilə icarəyə götürdüyü skuterdə olan zaman iki nəfər şəxs revolverin qundağı ilə onların başına vurub. Daha sonra onlara məxsus 90 min avro dəyərində iki ədəd “Rolex” saatını oğurlayıblar.
Qeyd edək ki, Cəfər Hüseynzadə 2022-ci ilin oktyabrında Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.






















































