Xəbər Lenti
18-08-2025, 14:42
Azərbaycanda keçirilən “Beat the Heat Vol. IV” yay universiteti layihəsi uğurla yekunlaşıb
16-08-2025, 10:15
Alyaskanın ev sahibi Putin, iki böyük qələbə qazanan Putin, razı qalan Tramp… – Beynəlxalq media icmalı
Nazir Ramiz Mehdiyevin qohumunu rəis müavini təyin edib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə yeni rəis müavini təyin edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elvin Xanlar oğlu Mehdiyev təminat üzrə rəis müavini təyin olunub.
Qeyd edək ki, Elvin Mehdiyev bir müddət əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Polkovnik Elvin Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. Ramiz Mehdiyevin oğlu, general-mayor Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir.
Onu da əlavə edək ki, Elvin Mehdiyev əvvəllər Dövlət Gömrük Komitəsində də yüksək vəzifədə çalışıb.
Əhməd