Menu
Xəbər Lenti
14 yolda tıxac var - Siyahı
13-04-2026, 09:07

14 yolda tıxac var - Siyahı

YALAN AYAQ TUTAR, YERİMƏZ
11-04-2026, 12:13

YALAN AYAQ TUTAR, YERİMƏZ

Neftimiz yenə ucuzlaşdı
11-04-2026, 10:41

Neftimiz yenə ucuzlaşdı

09 Ağu 18:33Manşet / Gündəm

QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı

09.08.2024 - 16.30
Azərbaycan Respublikasının  Milli Məclisinə seçkilərin təbliğat və təşviqat kampaniyasına bu gündən start verildi. 
82  saylı İmişli - Saatlı seçki dairəsindən deputatlığa namizəd Yasəmən Qəyyumova İmişli rayon Qaragüvəndikli  kəndində seçicilərlə ilk  görüşünü  keçirib.
Yasəmən xanım və nümayəndələri öncə Qaragüvəndikli kəndində yaşayan 7 uşaqlı aztəminatlı ailəyə baş çəkib və ailənin yeddi uşağını geyim hədiyyələri ilə sevindirib.
Daha sonra təyin olunmuş ünvanda seçicilərlə görüşüb, onları dinləyib və dilə gətirilən problemlərin həlli istiqamətində onların suallarını cavablandırıb. Hər kəs tərəfindən ən çox vurğulanan problem kənddəki elektrik xətlərinin köhnə və yarsız halda olması olub.
Bundan əlavə xanım namizədin vəkilləri çıxış edərək seçicilərə  Yasəmən Qəyyumovanın məqsəd və gələcək planlarından ətraflı məlumat veriblər.
Vətən müharibəsinin iştirakçısı 
Müslüm Rüstəmov çıxış edərək Yasəmən xanımın hər zaman şəhid ailələrinə, qazilərə böyük 
qayğı və diqqətlə yanaşdığını, onların bir çox problemlərinin həlli istiqamətində yardımçı olduğunu bildirib. 
Yasəmən xanımın çıxışını və iş fəaliyyətini dəstəkləyən kənd ağsaqqalları Səfər Cəfərov, Sərxoş Rüstəmov ona xüsusi təşəkkür edib və ən xoş arzularını bildiriblər.
Yasəmən xanımın Qaragüvəndikli kəndi üzrə nümayəndəsi Əhsən Əzizov hər kəsi birliyə və 1 Sentyabrda seçki məntəqəsinə səsləyib.  
Görüş bitdikdən sonra Yasəmən xanım onu görmək istəyən Valeh kişiylə yaşadığı evində görüşüb və onunla birlikdə çay içib.

Fərid Səfərov