Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
“Alfonso barədə yazılanları oxuyub pis oluram”
“Alfonso üçün 92 kq-a öyrəşmək çox çətin idi, amma ona 3-4 ay kifayət etdi”.
“Qafqazinfo” xəbər verir ki, bunu İdman.biz-ə Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqesin həyat yoldaşı Nigar Dominqes deyib.
O, həyat yoldaşının Fransa paytaxtında ikinci olmasına münasibət bildirib.
Nigarın sözlərinə görə, 81 kq, 86 kq və ardınca 92 kq-da döyüşmək Dominqes üçün heç də asan olmayıb: “Hər gün məşq edir, çox əziyyət çəkirdi. Çox xoşbəxtəm ki, Alfonso Azərbaycanı iki dəfə Olimpiadada təmsil edib və yenə əliboş qayıtmır. Əslində o özü də, biz də qızıl medal gözləyirdik. Ancaq buna da şükürlər olsun ki, zədəsi olmadan sağ-salamat evə qayıdacaq”.
Azərbaycan tarixində 2 Olimpiya medalı olan yeganə boksçunun həyat yoldaşı Alfonso barədə yazılan mənfi rəyləri oxuyub pis olduğunu da deyib: “O bu rəylərə layiq deyil. Döyüşdən sonra sosial şəbəkələrdə yazılanları oxuyub, düzü, çox pis oluram”.
Qeyd edək ki, Dominqes Paris-2024-də final döyüşündə Lazizbek Mullojonova (Özbəkistan) məğlub olub və Olimpiadanı gümüş medalla bitirib.























































