Menu
Xəbər Lenti
Sürücülərin nəzərinə!
24-10-2026, 10:16

Sürücülərin nəzərinə!

Buzovnada mənzildə yanğın
21-10-2026, 08:13

Buzovnada mənzildə yanğın

11 Ağu 10:08Manşet / İdman

İngiltərə Superkubokunun qalibi bəlli oldu

ingiltere-superkubokunun-qalibi-belli-oldu

Futbol üzrə İngiltərə Super Kubokunun qalibi bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, “Mançester Siti” penaltilər seriyasında “Mançester Yunayted”i məğlub edərək İngiltərə super kubokunun qalibi olub.
Görüşün hesabı 82-ci dəqiqədə “Mançester Yunayted”in futbolçusu Aleksandro Qarnaço açıb. Matçın 89-cu dəqiqəsində Bernardo Silva hesabı bərabərləşdirib.
Penaltilər seriyası 7:6 hesabı ilə “şəhərlilər”in xeyrinə başa çatıb.
Bununla da, “Mançester Siti” Superkubokun qalibi olub.