Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

14 Ağu 11:31Manşet / Gündəm

Ən layiqli namizəd-Təyyar Yəhyayevə səs verək

 

Prezident, Ali baş Komandan  İlham Əliyevin sərəncamı ilə bu il sentyabrın ilk gününə 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərin­də deputat mandatı uğrunda mübarizə gündən-günə güclənir. İndiki vaxtda seçki prosesinin ilkin və önəmli mərhələlərindən birində – həm namizədliyin irəli sürülməsi, həm də na­mizədliyin qeydə alınması prosesindəyik. 


Bu il parlament seçkilərinin işğaldan aazad olunmuş bölgələrimizdə  ke­çirilməsi hər bir azərbaycanlı üçün böyük fəxrdir. Bu ilin əvvəlində növbədənkənar Prezident seçkilərinin ölkəmizin bütün ərazisində keçirilməsinə hamımız qürurla şahidlik etdik. İndi isə parlament seçkilə­rinin də bütün ərazilərimizdə keçirilməsi­nin sevincini yaşayırıq. Uzun illər torpaq həsrəti çəkmiş seçicilərimizin bir hissəsi artıq müvəqqəti məskunlaşdıqları böl­gələrdə deyil, öz ata-baba yurdlarında səs verəcəklər.


Bildiyimiz kimi, işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayı­dış proqramı uğurla reallaşdırılır. Həmin ərazilərə köçənlərin sayı çoxaldıqca yeni seçki məntəqələrinin yaradılması zərirəti də artır. Bu məqsədlə həmin ərazilərdə bu il əlavə olaraq 8 yeni seçki məntəqəsi formalaşdırılıb. Bütün bu sadaladığımız məqamlara əsasən, deyə bilərik ki, növ­bədənkənar parlament seçkiləri ölkəmizin həyatında əlamətdar ictimai-siyasi ha­disələrdən biridir.


Seçkilərin demokratikliyini, şəffaflığını, beynəlxalq standartlara uyğun keçirilməsini təmin etmək üçün dövlətimiz bütün zəruri addımları atır.  


2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisində keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində 80 saylı Lerik-Astara seçki  dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş ən layiqli namizədi-Təyyar Yəhyayevi dəstəkləyək.Yeni dövrün hədəflərinin həyata keçirilməsi ilə uğurlarımızın davamlılığını təmin etmək üçün seçiciləri fəal olmağa, ən layiqli namizədə-Təyyar Yəhyayevə səs verməyə səsləyirik.


1 sentyabr parlament seçkilərində ən layiqli   namizədə Tıyyar Yəhyayevə  səs verək,   Azərbaycanın uğurlu gələcəyinə dəstək olaq. 


80 saylı Lerik-Astara seçki darəsindən namizədliyi irəli sürülmüş ən layiqli və dəyərli  Təyyar Yəhyayevin namizədliyini dəstəkləyərək seçiciləri ona səs verməyə çağırırıq.


 

 

Fərid Səfərov


AJB-nin üzvü