Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

18 Ağu 08:10Manşet / Gündəm

Lənkəran şəhər 77 saylı seçki dairəsindən deputatlığa namizəd Məmməd Əliyevin seçicilərlə görüşünə mane oldular

 

Lənkəran şəhər 77 saylı seçki dairəsindən deputatlığa namizəd Məmməd Əliyevin seçicilərlə görüşünə mane oldular


Lənkəran şəhər 77 saylı seçki dairəsindən deputatlığa namizəd Məmməd Əliyevin seçicilərlə görüşü, doğulduğu Parakənd kəndindəki təhsil aldığı məktəbdə keçirilməsi nəzərdə tutulmuş orta məktəbə getdik. Məktəbin küçə qapısı bağlı olduğundan, məcburiyyət qarşısında qalaraq, məktəbə bitişik Çayxanada seçicilərlə və doğlmalarıyla görüş keçirərkən tanımadığımız, qolu güclü Lənkəran şəhər seçki dairəsinin sədri, sabiq millət vəkili Hadi Rəcəblinin qardaşı İqbal Rəcəbovun videoda göründüyü kimi, özünün iştirakı ilə, qoçularından biri, rəsmi tədbirə kobud şəkildə müdaxilə edərək, bir saata yaxın davam edən rəsmi tədbiri qol gücünə pozmuşdur. Deputatlığa real namizəd olan Məmməd Əliyevin dəfələrlə tədbirlərini qısqanclıq zəminində pozmasının səbəblərini kənd sakinləri bizə izah etdilər.


Başlıca səbəb, bu kənddə 14.08.2024- cü ildə Bakıdakı unversitetlərin birində müəllim işləyən, 77 saylı seçki dairəsindən deputatlığa namizəd, Fariz İsmayılzadə ilə seçicilərin görüşü zamanı, kənd sakinlərinə məlum olmuşdur ki, bu gənc deputatlığa namizəd Fariz İsmayılzadə sabiq millət vəkili Hadi Rəcəblinin baldızı oğlu, MSK sədri Məzahir Pənahovun qardaşının kürəkənidir.


Məmməd Əliyev ona və keçirdiyi seçki kampaniyasına Lənkəran rayonunda hörmətsizlik və kobud müdaxilələrə, qanunsuzluqlara və qohumbazlığa son qoyulması üçün, Azərbaycan Prezidenti cənab İlham Əliyevə və vitse- prezident Mehriban Əliyevaya müraciət ünvanladı.


 

Ətraflı fb linkdə


 

https://www.facebook.com/story.php?story_fbid=1089429185937653&id=100046117461231&mibextid=xfxF2i&rdid=3RtmVmJzLIsBW2Ef


 

Fərid Faiqoğlu


 “Xezertv.info”nun rəhbəri