Menu
Xəbər Lenti
Milli maraqlar uğrunda
17-09-2024, 17:28

Milli maraqlar uğrunda

Bu rayonlarda su kəsiləcək
16-09-2024, 07:25

Bu rayonlarda su kəsiləcək

Travma Və Bədən
15-09-2024, 19:19

Travma Və Bədən

Özünə Güvən
15-09-2024, 18:14

Özünə Güvən

Sevindik və Qızbəs haqda...
15-09-2024, 12:22

Sevindik və Qızbəs haqda...

Tiflis, Gəncə və Bakı...
15-09-2024, 12:14

Tiflis, Gəncə və Bakı...

31 Ağu 10:26Manşet / Mədəniyyət

Sabiq nazir müavini vəfat etdi

sabiq-nazir-muavini-vefat-etdi

Uzun illər daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmış, Naxçıvan MSSR-nin daxili işlər nazirinin müavini olmuş Telman Əliyev vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, veteran polis xəstəliyi səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Telman Əliyev 1982-ci ildə Azərbaycan ədəbiyyatının dahi şəxsiyyəti, böyük mütəfəkkir Hüseyn Cavidin nəşinin Sibirdən ölkəmizə gətirilməsini həyata keçirmiş 3 nəfərlik qrupun üzvü olub. Belə ki, 1982-ci idə ümummilli lider Heydər Əliyev böyük dramaturq və şair Hüseyn Cavidin ev muzeylərinin yaradılması və cənazəsinin uzaq Sibirdən gətirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin büro üzvü Həmid Nəsirov, daxili işlər nazirinin müavini Telman Əliyev və həmin vaxt Ali Sovetin ən gənc deputatı olan Zakir Nəsirov Sibirə yola düşüb. Onların rəhbərliyi və birbaşa iştirakı ilə H.Cavidin nəşinin yeri tapılaraq Azərbaycana gətirilib. Beləliklə, SSSRİ tarixində ilk dəfə olaraq repressiya qurbanının nəşinin mötəbər şəkildə köçürülməsi, dəfni və qəbiristü məqbərəsinin ucaldılması baş verib.

Həmin vaxtdan adları qeyd edilən hər 3 şəxs Hüseyn Cavidin mənəvi oğlu kimi tanınmağa başlayıb. Onların bir müddət öncə “Qafqazinfo”da dərc edilmiş müsahibəsini buradan oxuya bilərsiniz.