Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

03 Ekm 14:43Manşet / Gündəm

Bu gün Mihrimah balanın 2 yaşı tamam olur. TƏBRİK EDİRİK!

 

Əzizimiz Mihrimah!

Bu gün sənin 2 yaşın tamam olur və bu xüsusi gün münasibətilə səni ürəkdən təbrik edirik! Atan Rəşad bəy və bütün qohumların sənə ən gözəl arzular diləyirlər. Həyatın boyunca şad və xürrəm yaşayasan, üzündən gülüş heç vaxt əskik olmasın. Sənin kiçik addımların, gülüşlərin və oyunların, evimizi sevgi və xoşbəxtliklə doldurur. Hər gün səninlə birlikdə yeni bir macəra yaşayırıq və hər anımızı daha dəyərli edir. Uğurların, gözəlliklərin və təravətin həyatımıza rəng qatır.

Arzu edirik ki, həyatın boyunca sevinclə, uğurla, sağlamlıqla dolu olsun. Sənə bol-bol şənlik, dostlar və ailə ilə dolu gözəl günlər diləyirik. Hər zaman sevgi dolu, gülərüz və şən qal!

Sənin ad günün mübarək, əziz Mihrimah! Bu gün sənin üçün xüsusi bir gündür və biz bu günü səninlə qeyd etməkdən məmnunuq. Səni çox sevirik!

Biz də redaksiyamızın kollektivi adından həmkarımız Rəşad bəyin gözünün ağı-qarası olan Mihrimah balanı ürəkdən təbrik edir, uzun ömür, can sağlığı, xoşbəxtlik arzulayırıq.

 

Ay  ömür bağımın şirin meyvəsi,

Yanan ürəyimin sərin çeşməsi,

Zülmət gecələrin nurlu şöləsi,

Hər zaman belə nur saçasan qızım

Arzumdu, arzuna çatasan qızım.

 

Mən sənin xəstənəm, sən mənə həkim,

Sən yox, qoy mən sənin nazını çəkim,

Başın qoy sinəmə mən sığal çəkim,

Səndə xoşallanıb yatasan qızım

Arzumdu, arzuna çatasan qızım.

 

Bu çətin dünyada görmə çətinlik

Hər bir addımında olsun əminlik

İnşallah köçəsən geyib gəlinlik

Hərdən bir qapımı acasan qızım

Arzumdu, arzuna çatasan qızım.

 

Rəşadam, hər zaman arzum, diləyim

Səni xoşbəxt görmək olub istəyim

Mənim məhəbbətim, mənim diləyim

Üzü ağ, ağ günlü olasan qızım

Arzumdu, arzuna çatasan qızım.

 

Hörmətlə

Fərid Faiqoğlu

AJB-nin üzvü