Prezident İlham Əliyevin strateji çıxışı çağdaş informasiya dövründə Azərbaycanın yol xəritəsidir
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar
Füzuli RİH başçısı Alı Alıyev və “Azərşəkər” MMC-nin şəhid ailəsinə qarşı ədalətsiz davranışı: Torpaq əlindən alınıb?! – İDDİA/VİDEO
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdı
İnciyirik səndən...
Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” Liqa mərhələsinin I turunda “Tottenhem”ə, ötən gün isə II turunda qarşılaşdığı “Malmö” klubuna məğlub olub.
“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın ardıcıl məğlubiyyəti azarkeşləri məyus edib.
Məyus azarkeşlər arasında Mətbuat Şurasının sədri Rəşad Məcid də yer alıb. Belə ki, o, təmsilçimizin məğlubiyyəti ilə bağlı sosial şəbəkə hesabında fikirlərini bölüşüb.
“Qarabağ”dan incidim.
Bayaqdan fikirləşirəm ki, “Qarabağ”ın məğlubiyyətinin yaratdığı ovqatı hansı söz daha dolğun ifadə edər? Yenə hərlənib-fırlanıb “incimək” sözü beynimdə peyda olur. Bəlkə ən doğrusunu elə feillər içindən boy verən “incimək” ifadə edir? Gücün çatanı etməyə çalışmayanda, etməyəndə inciyirlər.
“Qarabağ” laqeyd və biganə olub elə bil. Qələbəyə ürəkdən can atmır, qələbəni dəlicəsinə arzulamır. Həvəssiz və yorğundu. Buna görə də ən uyğun gələn söz inciməkdir elə. İnciyirik səndən, “Qarabağ”!”, - deyə R. Məcid qeyd edib.