Xəbər Lenti
24-07-2026, 10:16
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
23-07-2026, 15:41
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
22-07-2026, 19:16
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
22-07-2026, 12:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Qızlarımızdan möhtəşəm nəticə - “Azərreyl” çempion!

“Azərreyl” klubunun qadınlardan ibarət komandası Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda çempion olub.
“Qafqazinfo” xəbər verir ki, komanda həlledici matçda Ukraynanın “Sunrise Beach Spors Academy” klubu ilə üz-üzə gəlib.
İki oyundan birində “Azərreyl” (2:1) digərində isə rəqib (0:2) qalib gəlib. Qızıl setdə gərgin mübarizədən sonra 15:12 hesabı ilə üstün olan təmsilçimiz yarışın qalibi adını qazanıb.
Qeyd edək ki, millimiz yarımfinalda Macarıstanın “Edra Tata” komandasına qalib gələrək final mərhələsinə vəsiqə qazanmışdı.























































