Xəbər Lenti
24-07-2026, 10:16
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
23-07-2026, 15:41
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
22-07-2026, 19:16
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
22-07-2026, 12:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
ABŞ-nin keçmiş prezidenti onun namizədliyini dəstəkləyir
Oktyabrda 100 illik yubileyini qeyd edən ABŞ-nin keçmiş prezidenti Cimmi Karter demokrat Kamala Harrisin namizədliyini dəstəkləyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “New York Times” (NYT) məlumat yayıb.
Nəşrin məlumatına görə, eks-dövlət başçısı vaxtından əvvəl - poçt vasitəsilə səs verib. Onun Harrisi dəstəkləməyi səbirsizliklə gözlədiyi deyilirdi.
Qeyd edək ki, ötən gün ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın Harrisi iki faiz qabaqladığı bildirilidi. Bunu “Rasmussen Reports” sosioloji şirkətinin sorğusunun məlumatları sübut edir. Bildirilir ki, respondentlərin 48 faizi seçkidə Trampın, 46 faiz isə Harrisin namizədliyini dəstəkləyəcək.























































