Menu
Xəbər Lenti
69 ölkədən tarixi qərar
16-10-2026, 06:31

69 ölkədən tarixi qərar

Ulduz yox, meteor yağacaq
13-10-2026, 08:33

Ulduz yox, meteor yağacaq

17 Ekm 06:34Manşet / İdman

“Real” Mbappeyə görə iclas keçirdi - Təcavüz qalmaqalı ilə bağlı

 

“Real Madrid” rəhbərliyi komandanın hücumçusu Kilian Mbappe ətrafında yaranmış qalmaqallı vəziyyətlə bağlı təcili iclas keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə insayder Romen Molina məlumat yayıb.

Onun sözlərinə görə, “kral klubu”nun rəhbərliyi hücumçu ilə bağlı vəziyyəti müzakirə edib.

AFP nəşrinin məlumatına görə isə, Madrid klubun fransalı hücumçusunu Stokholma səfəri zamanı yaranmış təcavüz iddiaları fonunda dəstəkləyir.

“Real” Mbappe ilə bağlı vəziyyəti idman tarixinin ən böyük saxtakarlığı adlandırıb.

İspaniya nəhəngi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, ulduz futbolçusu İsveçdə zorlama və cinsi qısnamada şübhəli bilinir.