Xəbər Lenti
18-08-2025, 14:42
Azərbaycanda keçirilən “Beat the Heat Vol. IV” yay universiteti layihəsi uğurla yekunlaşıb
16-08-2025, 10:15
Alyaskanın ev sahibi Putin, iki böyük qələbə qazanan Putin, razı qalan Tramp… – Beynəlxalq media icmalı
Mbappe ən yaxşı seçildi
“Real Madrid”in hücumçusu Kilian Mbappe azarkeşlərin səsverməsinə əsasən sentyabr ayı üçün klubun ən yaxşı futbolçusu seçilib.
“Qafqazinfo” xəbər verir ki, fransalı hücumçu sorğuda Dani Karvahal, Rodriqo, Eder Militao və Vinisius Junioru qabaqlayıb.
Qeyd edək ki, Mbappe ötən ay “kral klubu”nun heyətində meydana çıxdığı 5 matçda 6 qol vurub.
Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.