Menu
Xəbər Lenti
İnciyirik səndən...
4-10-2024, 08:04

İnciyirik səndən...

Hər gün bir nar yeyin!
3-10-2024, 06:21

Hər gün bir nar yeyin!

Burak Yılmaz istefa verdi
1-10-2024, 07:07

Burak Yılmaz istefa verdi

04 Ekm 08:00Manşet / İdman

Mbappe milliyə çağırılmadı

mbappe-milliye-cagirilmadi

Fransa Futbol Federasiyası Millətlər Liqasının bu ay keçiriləcək oyunlarında iştirak etmək üçün Fransa millisinə çağırılan futbolçuların siyahısını açıqlayıb. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, “Real Madrid”in hücumçusu Kilian Mbappe sentyabrın sonunda aldığı əzələ zədəsi səbəbindən siyahıya daxil edilməyib.

Fransa millisi səfərdə iki oyun keçirəcək. “Xoruzlar” İsrail (10 oktyabr) və Belçika (14 oktyabr) yığmaları ilə qarşılacaq. 

Qeyd edək ki, bu mövsüm Mbappe bütün turnirlərdə klub səviyyəsində 9 matçda iştirak edib, o, 7 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.