Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
Vatsapda bu da mümkün olacaq
Vatsap messencerində telefonun ünvan kitabçasından asılı olmadan kontaktları saxlamaq mümkün olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.
Belə ki, messencer istifadəçilərə kontaktları tətbiqdə saxlamağa imkan verən daxili kontakt menecerini təqdim edib. Yenilik sayəsində telefonunuzu itirsəniz və ya cihazınızı dəyişdirsəniz kontaktların itirilməsinin qarşısı alınacaq.
Bu yeniləmənin ən faydalı cəhətlərindən biri istifadəçilər yeni kontakt əlavə etdikdə görünən “Kontaktı telefonla sinxronlaşdır” başlıqlı yeni keçiddir. Bu keçid istifadəçilərə müəyyən kontaktı telefonlarının ünvan kitabçası ilə sinxronlaşdırmaq və ya onu yalnız vatsapda saxlamaq istəyib-istəmədiklərini müəyyən etməyə imkanı verir.
İlk olaraq “WhatsApp Web” və “Windows” versiyasında kontaktları saxlamaq mümkün olacaq. Bu imkan tədricən digər cihazlarda da aktiv olacaq.






















































