“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
“Xoşbəxtliyin davamlı olması üçün onun qaynağı çox önəmlidir”
Laser Beauty Estetik Klinikanın baş həkimi Rəna Soltanova uğur və xoşbəxtlik haqqında fikirlərini ifadə edib.
“Qafqazinfo” xəbər verir ki, onun sözlərinə görə, əldə edilən xoşbəxtlik və uğurun dəyəri yalnız zəhmət və səbrlə addım-addım qazandıqca hiss olunur:
“Mən lider ruhlu olduğum üçün düşünürəm ki, çox asan və rahat əldə edilən, ya da başqası tərəfindən sənə təqdim olunan uğur və pul səni uzunmüddətli xoşbəxt edə bilməz. Amma addım-addım qazandığın hər bir şey, sənə uğura aparan yolda səni xoşbəxt edir. Çünki nəticədə bizim əsas məqsədimiz xoşbəxt olmaqdır.
Xoşbəxtliyin davamlı olması üçün onun qaynağı çox önəmlidir. Yəni insanın özünün əldə etdiyi nə varsa, onu xoşbəxt edir. Daimi xoşbəxtlik yalnız sənin öz zəhmətinlə əldə etdiyin uğurlardan gəlir. Asan yolla əldə edilən uğur və sərvətlər dəyərsizdir. Lotereyada pul qazananları və ya kazinoda udanları görmüşük. Onların çoxu həmin pulları ya itirir, ya da mənasız yerə xərcləyirlər. Çünki pulun, uğurun dəyəri yalnız onu yavaş-yavaş, öz gücünlə əldə etdikdə bilinir. Başqa cür bu, mümkün deyil.
Bu sözlər yalnız uğur qazanmaq istəyənlər üçün deyil, eyni zamanda xoşbəxtliyin mənbəyini anlamağa çalışan hər kəs üçün dərin bir mesajdır. Bu fikirlərdən ilham alaraq hər bir insan öz yolunda səbr və əzmlə irəliləməlidir”.