Menu
Xəbər Lenti
Sabah 32° isti olacaq
Bugün, 12:41

Sabah 32° isti olacaq

O da “A.B.İ.”yə gəlir
1-06-2026, 07:17

O da “A.B.İ.”yə gəlir

Millimiz Fransaya qarşı
30-05-2026, 12:20

Millimiz Fransaya qarşı

27 Ara 05:18Manşet / İdman

“Onu 3 ildir ki, izləyirik” - Okan Buruk

onu-3-ildir-ki-izleyirik

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Lion”un futbolçusu Jorj Mikautadze haqda danışıb. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Buruk futbolçunun transferi ilə bağlı xəbərlərə münasibət bildirib.

O, gürcü futbolçunu uzun müddətdir izlədiklərini açıqlayıb: 

“Mikautadze bəyəndiyimiz oyunçudur. Onu 3 ildir ki, izləyirik. Vacib oyunçudur, amma hazırda heç bir futbolçuya prioritetimiz kimi yanaşmırıq. Mən oyunçu ilə danışmamışam. Baxsanız, siyahıda 20-30 futbolçu var, amma heç biri ilə danışığımız olmayıb. Futbolçu ilə bağlı mövzulardan danışmayacağam. Nəsə ediriksə, gizli şəkildə etməliyik”.

Bundan əvvəl də mətbuatda “Qalatasaray”ın futbolçu üçün Fransa klubuna 17 milyon avroluq təklif irəli sürdüyü bildirilib.

Qeyd edək ki, “sarı-qırmızılılar” Türkiyə Super Liqasında 44 xalla liderdir.