Xəbər Lenti
24-10-2026, 09:13
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 18:16
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Qaxariya Batumidə hücuma məruz qaldı - Yenilənib

Gürcüstanın keçmiş Baş naziri, müxalif “Gürcüstan naminə” partiyasının lideri Giorgi Qaxariya hücuma məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı partiya öz “X” hesabında paylaşıb.
Bildirilib ki, hadisə gecə saatlarında Batumidə qeydə alınıb.
Partiya sözügedən hücumun siyasi motivlər əsasında törədildiyini və ölkənin hakim “Gürcü arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili tərəfindən təşkil edildiyini iddia edib.
***
“Sputnik Gürcüstan”ın məlumatına görə isə, insident nəticəsində Qaxariyanın burnu sınıb.
O, Batumidə Respublika xəstəxanasına aparılıb, müayinədən sonra klinikanı tərk edib.
Hadisənin detalları hələ məlum deyil.
Gürcüstanın Daxili İşlər Nazirliyi insidentlə bağlı cinayət işi başladıb.






















































