Məktəblərdə şagirdlərin pis vərdişlərdən qorunması: maarifləndirmənin zəruriliyi və məsuliyyət bölgüsü.
Ali Baş Komandanımız İlham Əliyev Xocalımızı geri aldı və soyıqrım cinayətini memorialla əbədiləşdirdi-Könül Nəbizadə
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi - Foto
Prezidentin sosial şəbəkə hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım olundu - Foto
Bir şamın işığında görünən qaranlıq: tapdanmış hüquqların dövlət vicdanına çatdırdığı susmayan həqiqət
Kosmik fırtınalar zamanı peykləri qorumaq üçün "işıqfor" hazırlandı

Potsdamdakı Alman Yer Elmləri Araşdırma Mərkəzinin alimləri kosmik fırtınalar zamanı peyklərin hərəkətini tənzimləmək üçün PAGER adlı alqoritm hazırlayıblar. O, təhlükə səviyyəsindən asılı olaraq rəng kodlarını tətbiq etməklə "işıqfor" prinsipi ilə işləyir.
Qaynarinfo xəbər verir ki, tədqiqat "Horizon" elmi jurnalında dərc olunub.
Geomaqnit qasırğası Günəşdə güclü püskürmə planetimizin maqnit sahəsi ilə qarşılıqlı əlaqədə olduqda baş verir. Günəş küləyi hissəcikləri maqnitosferin daxilində qızır və peyklər üçün təhlükəli olur.
Cihazların əksəriyyəti planetimizin radiasiya kəmərlərində yerləşir ki, bu da günəş emissiyaları səbəbindən orbital texnologiya üçün çətin mühitə çevrilir.
Reklamınızı SmartBee ilə effektiv edin.
PAGER peyk operatorlarına kosmosdakı mövcud vəziyyət haqqında siqnal verir. Qırmızı kod cihazları qoruyucu rejimə keçirməyin zəruriliyini göstərir. Sarı kod mümkün təhlükə barədə xəbərdarlıq edir, yaşıl isə təhlükəsiz vəziyyətə işarə edir.
Sistemin proqnozları Almaniyanın Geologiya Elmləri Tədqiqat Mərkəzinin kompüterləri tərəfindən həyata keçirilir. Alqoritmin dəqiqliyi 80% qiymətləndirilib.
Komanda hazırda maşın öyrənməsindən istifadə edərək və kosmik mühit haqqında daha çox məlumat toplayaraq PAGER-i təkmilləşdirir.
Aydın























































