Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Morata rəsmən “Qalatasaray”da

“Qalatasaray” “Milan”ın futbolçusu Alvaro Moratanı heyətinə cəlb etdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, ispaniyalı hücumçu ilə 1 illik icarə müqaviləsi imzalanıb.
Klub Moratanın transferinin detalları ilə bağlı rəsmi açıqlama da yayıb.
İstanbul təmsilçisi 32 yaşlı futbolçunun icarəsi üçün “Milan”a 6 milyon avro ödəyəcək. “Sarı-qırmızılar” futbolçunun özünə də 6 milyon avro maaş verəcək.
“Qalatasaray” gələn ilin yanvarında satınalma şərtini aktivləşdirsə, “Milan”a 8 milyon avro ödəməlidir. Bildirilib ki, bu ödəniş 6 hissəyə bölünə bilər.
Qeyd edək ki, “Milan” Alvaro Moratanı mövsümün əvvəlində “Atletiko”dan transfer edib. İspaniya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 25 rəsmi matçda 6 qol vurub, 2 qol ötürməsi edib.






















































