Xəbər Lenti
24-07-2026, 10:16
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
23-07-2026, 15:41
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
22-07-2026, 19:16
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
22-07-2026, 12:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
22-07-2026, 11:21
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
22-07-2026, 08:00
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
Azərbaycanlı döyüşçü UFC turnirində növbəti qələbəsini qazandı

Qarışıq döyüş növləri (MMA) üzrə Azərbaycanı təmsil edən Nazim Sadıqov UFC turnirində növbəti qələbəsini qazanıb.
Qaynarinfo xəbər verir ki, "UFC Fight Night 251" turniri fevralın 16-na keçən gecə ABŞ-nin Las-Veqas şəhərində keçirilib.
Yüngül çəkidə çıxış edən N.Sadıqov Braziliyadan olan İsmael Bonfim ilə qarşılaşıb.
Döyüşün birinci raundu nisbətən bərabər mübarizə şəraitində keçsə də, həlledici məqam fasiləyə az qalmış azərbaycanlı döyüşçünün Bonfimin sağ göz nahiyəsinə ayaqla zərbə endirməsi olub. Braziliyalı ilk raundun sonuna qədər tab gətirə bilib.
Birinci və ikinci raund arasında fasilə zamanı həkimlər Nazimin rəqibinin sağ gözü ilə görə bilmədiyini müəyyən etdikdən sonra döyüşü dayandırıblar.
Beləliklə, Nazim Sadıqov UFC-də 10-cu qələbəsini qazanıb.























































