Menu
Xəbər Lenti
Futbolda yeni qayda
4-06-2025, 08:42

Futbolda yeni qayda

O da “Real”a keçdi
4-06-2025, 08:40

O da “Real”a keçdi

EL MƏHƏBBƏTİNİN GÜCÜ
3-06-2025, 19:52

EL MƏHƏBBƏTİNİN GÜCÜ

03 Mrt 08:23Manşet / Dünya

Tramp bu gün Ukraynaya yardımın dayandırılmasını müzakirə edəcək

tramp-bu-gun-ukraynaya-yardimin-dayandirilmasini-muzakire-edecek

ABŞ Prezidenti Donald Tramp bu gün Milli Təhlükəsizlik üzrə komandası ilə görüş keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı amerikalı məmura istinadən “The New York Times” qəzeti yayıb. 

Bildirilib ki, görüşün keçirilməsində məqsəd Ukraynanı müzakirə etmək və hətta ola bilsin ki, ölkə ilə bağlı müəyyən tədbirlər görməkdir. 

Mənbənin sözlərinə görə, həmin tədbirlərə Ukraynaya daha əvvəlki ABŞ administrasiya tərəfindən razılaşdırılmış hərbi yardımın dayandırılması da daxil ola bilər.

İclasda ABŞ Dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Hegset də iştirak edəcək. 

Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında görüş keçirilib. Görüş çərçivəsində tərəflər mətbuata açıqlamalar verərkən Zelenski, Tramp və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens arasında mübahisə yaranıb. Bu zaman Tramp Zelenskini ABŞ-yə qarşı hörmətsiz davranışda, Vens isə Kiyevə göstərilən dəstəyə görə Vaşinqtona təşəkkür etməməkdə ittiham edib. Nəticədə mətbuat konfransı ləğv edilib.