Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
Tramp prezident maaşından imtina etdi

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ikinci prezidentlik müddətində dövlət başçısının hesabına bütün maddi imtiyazlardan imtina etmək niyyətində olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə NBC kanalına müsahibəsində deyib.
Tramp bildirib ki, ABŞ Prezidenti üçün nəzərdə tutulan illik 400 min dollar maaşı almayacaq, prezidentin pensiyasından da imtina edəcək.
“Bir sent də qəbul etməyəcəyəm. Bu, mənim dövlət xərclərinin azaldılmasına töhfəmdir”, - Tramp vurğulayıb.
Qeyd edək ki, ilk səlahiyyət müddətində Tramp prezidentlik maaşından imtina etmiş, pulları xeyriyyəçilik və müxtəlif proqramlara, o cümlədən milli parkların qorunmasına yönəltmişdi.
Belə addımlara baxmayaraq, Tramp ABŞ-nin ən zəngin adamlarından biri olaraq qalır. “Forbes”in məlumatına görə, onun sərvəti 2,3 milyard dollardır.























































