Menu
Xəbər Lenti
Ağaclara da hüquq verdilər
15-09-2026, 08:03

Ağaclara da hüquq verdilər

FHN təlim keçirdi
12-09-2026, 09:08

FHN təlim keçirdi

Nazirdən daha bir təyinat
12-09-2026, 08:38

Nazirdən daha bir təyinat

Bəzi yollarda tıxac var
11-09-2026, 08:06

Bəzi yollarda tıxac var

31 Ock 02:45Dünya

Donald Tramp 2024-cü il seçkiləri üçün kampaniyaya başlayır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə ölkədə keçiriləcək prezident seçkilərinə qatılmaq niyyətindədir.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, o, bu barədə özü bildirib. Növbəti seçkilərə qatılmaq üçün daha qərarlı olduğunu deyən Tramp hazırkı prezident Co Baydenin siyasətini tənqid edib. Onun sərhəd məsələləri, iqtisadi və sosial siyasətlə bağlı gördüyü işləri bəyənmədiyini söyləyən ABŞ-nin sabiq dövlət başçısı, özünün prezidentlik dövründə ölkədə həyata keçirilən layihələrdən misallar çəkib.

2024-cü il seçkilərinin ABŞ-ni xilas etmək üçün yeganə şans olduğunu vurğulayan Tramp, ölkəsində Çinə müqavimət göstərə biləcək liderə ehtiyac olduğu fikri müdafiə edib.

Təbliğat kampaniyasına başlayacağını deyən Donald Trampın Respublikaçılar arasında rəqibi olacaq keçmiş vitse-prezident Mayk Pens, Florida qubernatoru Ron De Santis və Cənubi Karolina ştatının keçmiş qubernatoru Nikki Heylinin tezliklə namizədliklərini açıqlayacaqları gözlənilir.